Poliklinikalar gücləndirilmiş iş rejiminə keçdi

Poliklinikalar gücləndirilmiş iş rejiminə keçdibackend

Son günlər yoluxma hallarının artmasını nəzərə alaraq Səhiyyə Nazirliyinin idarəçiliyində olan ( Bakı şəhəri üzrə ) poliklinikalar gücləndirilmiş iş rejiminə keçib. 

Bu barədə Busaat.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda qeyd edilir ki, həftənin şənbə və bazar günləri də daxil olmaqla yeddi gün səhər saat 08:00–dan 18:00-dək vətəndaşlara “COVID-19”la bağlı xidmətlər göstəriləcək. Bura evdə müalicə alan xəstələrin müşahidəsi, yaxmaların götürülməsi və kompleks vitaminlərin paylanması daxildir.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90