Prezident İlham Əliyev bu gün Fərman imzalayıb.
Busaat.az xəbər verir ki, Fərmana əsasən, Mənəvi Dəyərlərin Təbliği Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilib:
– 2.1-ci bəndə “vətəndaşların” sözündən sonra “və xaricdə yaşayan azərbaycanlıların” sözləri əlavə edilsin.
– 2.2.3-cü yarımbəndə “vətəndaşların” sözündən sonra “və beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsip və normalarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, eləcə də müvafiq xarici dövlətlərin qanunvericiliyi nəzərə alınmaqla, xaricdə yaşayan azərbaycanlıların” sözləri əlavə edilsin.