Prezidentə təbriklər gəlməkdə davam edir – YENİLƏNİB

image-img_5718backend

Xorvatiya Respublikasının Baş naziri Andrey Plenkoviç Prezident İlham Əliyevə təbrik ünvanlayıb.

Busaat.az xəbər verir ki, məktubda deyilir:

“Hörmətli cənab Prezident.

Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Xorvatiya Respublikası Hökuməti adından və öz adımdan Sizə və Azərbaycan xalqına səmimi təbriklərimizi və ən xoş arzularımızı çatdırmaqdan şərəf duyuram.

Xorvatiya Respublikası Azərbaycan Respublikası ilə səmimi münasibətlərə və səmərəli əməkdaşlığa böyük əhəmiyyət verir. Dialoqa, qarşılıqlı hörmətə və tərəfdaşlığa sadiqliyimiz müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi və mədəni sahələrdə ikitərəfli əlaqələrin möhkəmlənməsinə töhfə verib.

Əminəm ki, Xorvatiya ilə Azərbaycan arasındakı dostluq və əməkdaşlıq ümumi nailiyyətlərimiz əsasında dərinləşəcək, xalqlarımıza tərəqqi və firavanlıq gətirəcəkdir.

Zati-aliləri, bu əlamətdar gün münasibətilə Sizi bir daha səmimi-qəlbdən təbrik edir, Azərbaycan Respublikasına və onun vətəndaşlarına davamlı rifah, əmin-amanlıq və tərəqqi arzulayıram.

Cənab Prezident, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

***

16:05

Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulit Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Busaat.az xəbər verir ki, təbrik məktubda deyilir:

“Zati-aliləri.

Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Gününün 107-ci ildönümü münasibətilə Laos xalqı adından və şəxsən öz adımdan Zati-alinizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi, xoş arzularımı çatdırıram.

İnanıram ki, Laos Xalq Demokratik Respublikası ilə Azərbaycan Respublikası arasında dostluq münasibətləri və əməkdaşlıq birgə səylərlə gələcək illərdə xalqlarımızın mənafeləri, eləcə də regionda və bütövlükdə dünyada sülh, sabitlik və davamlı inkişaf naminə daha da möhkəmlənəcək və genişlənəcəkdir.

Bu fürsətdən istifadə edərək, Zati-alinizə möhkəm cansağlığı, xoşbəxtlik, ali missiyanızda uğurlar, Azərbaycan xalqına isə davamlı rifah və firavanlıq arzulayıram.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

***

16:00

Bəhreyn Krallığının vəliəhdi və Baş naziri Salman bin Həməd Al Xəlifə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Busaat.az xəbər verir ki, məktubda deyilir:

“Zati-aliləri.

Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Zati-alinizə səmimi təbriklərimi və ən xoş arzularımı yetirirəm.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Azərbaycan xalqına isə davamlı tərəqqi və firavanlıq diləyirəm.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

***

15:46

Dominikan Respublikasının Prezidenti Luis Abinader Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Busaat.az xəbər verir ki, təbrikdə deyilir:

“Zati-aliləri.

Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan şərəf duyuram.

Eyni zamanda, qardaş Azərbaycan xalqına firavanlıq və rifah diləyirəm”.

***

15:32

Omanın Sultanı Heytəm bin Tariq Al Səid Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Busaat.az xəbər verir ki, təbrikdə deyilir:

“Zati-aliləri.

Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Zati-alinizə səmimi təbriklərimizi çatdırmaqdan məmnunluq duyuram.

Fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı, səadət, dost Azərbaycan xalqına isə davamlı tərəqqi və firavanlıq diləyirəm”.

***

15:27

Malta Respublikasının Prezidenti Miriam Spiteri Debono Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Busaat.az xəbər verir ki, təbrik məktubunda deyilir:

Zati-aliləri.

28 May – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Zati-alinizə və xalqınıza Malta xalqı adından, həmçinin öz adımdan səmimi təbriklərimi çatdırıram.

Bu il Malta Respublikası ilə Azərbaycan Respublikası arasında qarşılıqlı hörmət və ümumi anlaşma əsasında qurulmuş diplomatik münasibətlərin 30 illiyi qeyd olunur. Əminəm ki, dövlətlərimiz arasında münasibətlər gələcək illərdə də inkişaf edəcəkdir.

Fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı və əmin-amanlıq, ölkənizə davamlı sülh, tərəqqi və firavanlıq arzulayıram.

Zatı-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

***

15:16

İrlandiyanın Prezidenti Maykl Higgins Azərbaycan Prezidenti İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik edib.

Busaat.az xəbər verir ki, təbrikdə deyilir:

“Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Azərbaycan xalqına İrlandiya xalqı adından və öz adımdan səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram.

Qoy, gələcək illər Azərbaycan xalqına sülh, daha çox rifah və xoşbəxtlik gətirsin!”.

***

15:07

Nikaraqua Respublikasının Prezidenti Daniel Orteqa Saavedra və vitse-prezidenti Rosario Muriyo Prezident İlham Əliyevi təbrik ediblər.

Busaat.az xəbər verir ki, təbrikdə deyilir:

“Hörmətli Prezident, əziz Qardaşımız.

28 May – Müstəqillik Günü münasibətilə Sizə, qardaş Azərbaycan xalqına və Hökumətinə Barışıq və Milli Birlik Hökuməti adından, həmçinin öz adımızdan səmimi təbriklərimizi çatdırırıq.

Azərbaycan xalqının tarixini, milli kimliyini və suverenliyini təcəssüm etdirən bu əlamətdar günü daim firavan və azad olan Nikaraquada ölkənizlə birlikdə qeyd edirik. Xalqlarımızı birləşdirən dostluq, həmrəylik və əməkdaşlıq münasibətlərini möhkəmləndirməyə sadiqliyimizi bir daha vurğulayırıq.

Hörmətli Prezident, Zati-alinizə və bütün qardaş Azərbaycan xalqına əmin-amanlıq, tərəqqi və rifah arzularımızı çatdırırıq”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki