“PSJ” və “Əl-Hilal” Neymarın transferi ilə bağlı razılığa gəliblər

image-neymarbackend

Fransanın “PSJ” və Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu braziliyalı hücumçu Neymarın transferi ilə bağlı razılığa gəliblər.

Buaat.az xəbər verir ki, bu barədə barədə RMC Sport məlumat yayıb.

Qeyd olunur ki, Neymar Səudiyyə Ərəbistanı çempionatının klubuna keçməyə razıdır. Daha əvvəl “Əl-Hilal”ın Fransa klubunun hücumçusuna ciddi təklif etdiyi barədə məlumat yayılmışdı.

Dünən Neymar Fransa çempionatının 1-ci turunun Lorientlə oyunu üçün parislilərin ərizəsinə daxil olmayıb. Görüş heç-heçə başa çatıb – 0:0.

Xatırladaq ki, Neymar 2017-ci ildən “PSJ”də çıxış edir. Futbolçunun klubla müqavilə müddəti 2025-ci ilə kimi hesablanıb.

2022/2023 mövsümündə 31 yaşlı braziliyalı Fransa klubunun heyətində bütün yarışlarda 29 matçda iştirak edib, 18 qol və 16 məhsuldar ötürmə ilə yadda qalıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90