Qafqazda gərginlik artır – NATO-dan Rusiyaya cavab, Türkiyə PUA-ları işə qarışır – VİDEObackend

Rusiyanın təşkilatçılığı ilə başlayan “Qafqaz 2020” təlimlərinin davam etdiyi vaxtda NATO da cavab addımı atıb.

Busaat.az  xəbər verir ki, Qərbin sərt reaksiyasına səbəb olan Rusiyanın əzələ nümayişinə cavabı gecikməyib. Ukraynanın cənubunda Mikolayivska bölgəsində başlayan “Ortaq Qüvvələr 2020” hərbi təliminə NATO ölkələrinin 12 min hərbçisi ilə 700 texnikası qatılıb. Təlim sentyabrın 25-dək davam edəcək.

Təlimdə Ukraynanın keçən il Türkiyədən aldığı “Bayraktar TB2” tipli pilotsuz uçan aparatları və ABŞ-dan alınan “Javelin” tankəleyhinə raket kompleksindən də istifadə olunur.

Kiyev üzərində ABŞ hərbi Hava Qüvvələrinin “CV-22B” kovertoplanları uçuş həyata keçirib.

Ukraynanın müdafiə naziri Andrey Taran ölkəsindəki təlimin Rusiyanın mümkün hücumlarına qarşı hazırlıqlı vəziyyətdə olduqlarını göstərmək məqsədi ilə başladıqlarını qeyd edib.

Xatırladaq ki, Rusiyanın cənub təlim sahələrində 80 mindən çox şəxsi heyətin iştirakı ilə “Qafqaz-2020” komanda-qərargah hərbi təlimləri sentyabrın 21-dən başlayıb və ayın 26-dək davam edəcək. “Qafqaz-2020″yə 80 min rus əsgəri, Belarus, Çin, Pakistan, Ermənistan və Myanmardan olan hərbçilər qatılıb.

Təlimlərdə Azərbaycan, İndoneziya, İran, Qazaxıstan, Tacikistan və Şri-Lankanın nümayəndələri müşahidəçi qismində iştirak edirlər.