Bakının Xəzər rayonunda gənc oğlanı elektrik cərəyanı vurub.
Busaat.az-ın məlumatına görə, Qala qəsəbəsində 27 yaşlı Bəymurad Bəylər oğlu Abdullayevi elektrik naqili ilə işləyərkən onu cərəyan vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.
Hadisənin təfərrüatı araşdırılır.