“Qalatasaray”la “Beşiktaş”ın ev sınağı – “Qarabağ”ın gözü Polşadabackend

Sabah Avropa Liqasında III təsnifat mərhələsi start götürəcək.

Busaat.az xəbər verir ki, iki gün ərzində 35 qarşılaşma baş tutacaq.

Bunlardan 26-sı Əsas yol çərçivəsində təşkil olunacaq. Burada mübarizə aparan hər üç Azərbaycan klubu mübarizəni dayandırdığı üçün futbolsevərlərin diqqəti qonşu Türkiyə təmsilçilərinə yönələcək. “Qalatasaray” evdə “Hayduk”la üz-üzə gələcək. “Beşiktaş” “Rio Ave”, “Alanyaspor” “Rusenborq”la görüşəcək. İstanbullular evdə, alanyalılar səfərdə qüvvəsini sınayacaq.

Mərhələnin digər 9 görüşü Çempionlar yolunda baş tutacaq. Çempionlar Liqasının uğursuzları arasında yer alan Azərbaycan təmsilçisi “Qarabağ” pley-offda rəqibini gözləyir. Ağdamlıların rəqibi Polşada müəyyənləşəcək. “Legiya” və “Drita” arasında qarşılaşmada Qurban Qurbanovun yetirmələrinin görüşəcəyi komanda bəlli olacaq.

Qeyd edək ki, bir oyundan ibarət olan mərhələnin matçları azarkeşsiz keçiriləcək.

Avropa Liqası
III təsnifat mərhələsi

23 sentyabr
Əsas yol 

20:00. “Apollon” (Kipr) – “Lex” (Polşa)

24 sentyabr
Əsas yol

20:00. “Fehervar” (Macarıstan) – “Reyms” (Fransa)
20:00. “Viktoriya” (Çexiya) – “Sonderyuske” (Danimarka)
20:30. “Rostov” (Rusiya) – “Makkabi” (Hayfa, İsrail)
21:00. “Mura” (Sloveniya) – PSV (Niderland)
21:00. “Beşiktaş” (Türkiyə) – “Rio Ave” (Portuqaliya)
21:00. “Malmö” (İsveç) – “Lokomotiva” (Xorvatiya)
21:00. “Rusenborq” (Norveç) – “Alanyaspor” (Türkiyə)
21:00. “Şarlerua” (Belçika) – “Partizan” (Serbiya)
21:00. MOİK (Bolqarıstan) – B-36 (Farer adaları)
21:30. “Hapoel” (Beer-Şeva, İsrail) – “Motervell” (Şotlandiya)
21:30. “Styaua” (Rumıniya) – “Slovan” (Çexiya)
22:00. “Kopenhagen” (Danimarka) – “Pyast” (Polşa)
22:00. “Qalatasaray” (Türkiyə) – “Hayduk” (Xorvatiya)
22:00. “Qranada” (İspaniya) – “Lokomotivi” (Gürcüstan)
22:00. “Şkendiya” (Şimali Makedoniya) –  “Tottenhem” (İngiltərə)
22:00. “Standard” (Belçika) – “Voyvodina” (Serbiya)
22:00. APOEL (Kipr) – “Zrinski” (Bosniya və Herseqovina)
22:15. “Volfsburq” (Almaniya) – “Desna” (Ukrayna)
22:30. “Bazel” (İsveçrə) – “Anartosis” (Kipr)
22:30. “Milan” (İtaliya) – “Bodo Qlimt” (Norveç)
22:30. “Sankt-Qallen” (İsveç) – AEK (Yunanıstan)
22:30. LASK (Avstriya) – “Dunayska” (Slovakiya)
22:45. “Riyeka” (Xorvatiya) – “Kolos” (Ukrayna)
23:00. “Sportinq” (Portuqaliya) – “Aberdin” (Şotlandiya)
23:00. “Villem” (Niderland) – “Reyncers” (Şotlandiya)

Çempionlar yolu
18:00. “Ararat-Armeniya” (Ermənistan) – “Selye” (Sloveniya)
19:30. “Kuopio” (Finlandiya) – “Suduva” (Litva)
21:00. “Riqa” (Latviya)/“Tre Fiori” (San-Marino) – “Seltik” (Şotlandiya)
21:00. “Yurqorden” (İsveç) – ÇFR (Rumıniya)
22:00. “Klasksvik” (Farer adaları) – “Dinamo” (Tbilisi, Gürcüstan)
22:00. “Sarayevo” (Bosniya və Herseqovina) – “Buduçnost” (Monteneqro)
22:00. “Şerif” (Moldova) – “Dandalk” (İrlandiya)
22:30. “Floriana” (Malta) – “Flora” (Estoniya)
22:30. “Legiya” (Polşa) – “Drita” (Kosovo)