“Qarabağ erməniləri həmişə Azərbaycan daxilində dinc yaşayıblar”

“Qarabağ erməniləri həmişə Azərbaycan daxilində dinc yaşayıblar”backend

Bir qrup Qarabağ fəalı dünya ictimaiyyətinin alimlərini və tarixçilərini Dağlıq Qarabağın yerli xalqlarının tarixinin öyrənilməsinə qoşulmağa çağırıblar.

Busaat.az  “km.ru”ya istinadən xəbər verir ki, 2020-ci il oktyabr ayının sonunda bir qrup Qarabağ fəalı bir bəyanat verib: “Qarabağ erməniləri həmişə Azərbaycan daxilində azərbaycanlılarla dinc yaşayıblar və yaşayacaqlar. Hər kəs anlamalıdır ki, Azərbaycan bölgədəki münasibətlərin konfiqurasiyasını düşmənçilikdən əməkdaşlığa dəyişir”.

Bəyanatı Ermənistan- Azərbaycan Sülh Platformasının həmsədri Artur Ağacanov, fəallar Leva Yaxşibekov, Valera Yeritsyan, Karina Yeritsyan və başqaları imzalayıb.

Aktivistlər dünya ictimaiyyətinin alimlərini və tarixçilərini Dağlıq Qarabağın yerli xalqlarının tarixinin öyrənilməsinə qoşulmağa çağırıblar.

“Biz dünya alimlərinə, tarixçilərinə, tədqiqatçılarına müraciət edirik və Dağlıq Qarabağdakı tarixi abidələrin mənşəyi, habelə yerli əhalisi barədə obyektiv bir araşdırma aparılmasını xahiş edirik. Ermənilərin (Haykan mənşəli) uzun əsrlərdir Dağlıq Qarabağ ərazisində yaşadıqlarına dair fikir səhvdir. Dağlıq Qarabağ ərazisində müxtəlif etnik qrupların nümayəndələri yaşayırdı. Ermənilərlə onları təkcə kilsə bağlayırdı, belə ki Albaniya kilsəsi 19-cu əsrin əvvəllərində ləğv edilmiş və erməni kilsəsi ilə əvəz olunmuşdu. Bundan sonra İran və Türkiyədən köçürülən ermənilər yerli ermənilərdən sayca çox idi. Azərbaycanlı əhalisi üzərindəki erməni əhalisinin əksəriyyət təşkil etməyi belə formalaşdırılıb, separatçılar da buna istinad etməyə çalışırlar.

Uzun illər, bizim fikrimizcə, Dağlıq Qarabağda yaşayan türklər – xristianlar, qıpçaqlar, udinlər, irandilli və s. – səhvən ermənilər (Haykan kökənli) kimi təqdim olunurdular. Həmçinin, Qafqaz Albaniyasının (Arana) bəzi tarixi abidələri, kilsələri, monastırları erməni abidələri kimi təqdim edilirdi”, – deyə bəyanatda bildirilib.

Eyni zamanda, fəallar Qarabağ azərbaycanlıları ilə həm mənən yaxın olduqlarını, həm də qohum olduqlarını qeyd ediblər. Həmçinin, Ermənistanda Qarabağ ermənilərinin “dönmə” adlandırıldıqlarını vurğulayıblar.

İndi bütün dünyada məskunlaşan Bakı ermənilərinin diasporunun əksəriyyəti mənşəyi, mədəniyyəti və ləhcəsinə görə Qarabağ ermənilərinə mənsub idi. Qarabağ ermənilərinin etnogenezinə qonşuluqda yaşayan Qafqaz albanlarının qəbilələri – ləzgilər, udinlər və başqaları əhəmiyyətli dərəcədə təsir göstərib. Buna görə də etnoqraflar tez-tez deyirlər: “Qarabağ ermənilərinin Qafqaz hissəsi erməni xalqının digər etnik qruplarından daha güclüdür”.

Bunun bariz nümunəsi orta əsrlərdə Dağlıq Qarabağdakı Varanda əyalətini idarə edən Melik-Şahnazaryan adlı kübar bir türk nəslindən olan məşhur Sovet və rus kinorejissoru Karen Şahnazarovdur. Karen Şahnazarov bu yaxınlarda “Zvezda” telekanalında Leonid Yakuboviçə verdiyi müsahibəsində bunu özü açıqlayıb.

Sovet və rus şərqşünas, professor Aleksey Malaşenko: “Qarabağ 1500 il əvvəl Qafqaz Albaniyasının bir hissəsi idi. Sonra dünya müharibəsi, sonra inqilab, daha sonra Paris Sülhü, bundan sonra Qarabağın Azərbaycanın bir hissəsi olduğu qəbul edildi, daha sonra Qafqaz Bürosu bölgəni Ermənistana daxil etdi, ən sonda isə qərar ləğv edilərək Azərbaycana qaytarıldı … İndiki nəsil bu tarixin əvəzini belə ödəyir”.

Tarixən Azərbaycan tolerantlıq ənənələri, dini və etnik tolerantlığı ilə seçilirdi. Və bunlar müasir Ermənistan, Azərbaycan, Gürcüstan və Rusiya (Şimali Qafqazın bir hissəsi) və Qarabağ bölgələrinin ərazilərini əhatə edən Qafqaz Albaniyası dövründən bəri çoxmillətli bir bölgə üçün təməl prinsiplər olaraq qalır.

“Qafqazinfo”

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90