“Qarabağa sülhməramlıların yerləşdirilməsi həlledici rol oynadı” – Matviyenko

“Qarabağa sülhməramlıların yerləşdirilməsi həlledici rol oynadı” – Matviyenkobackend

“Rus sülhməramlılarının Dağlıq Qarabağdakı münaqişə zonasına yerləşdirilməsi qan tökülməsinin dayandırılmasında həlledici rol oynayıb”.

Busaat.az xəbər verir ki, bunu Rusiyanın Federasiya Şurasının spikeri Valentina Matviyenko çərşənbə günü keçirilən plenar iclas zamanı deyib.

“Bu gün Rusiya Federasiyasının sülhməramlı qüvvələrinin yerləşdirilməsinin qan tökülməsinin dayandırılmasında və uzun müddət əziyyət çəkən bölgəyə sülh gətirilməsində həlledici rol oynadığını görürük”,- deyə Matviyenko qeyd edib.

Matviyenko rusiyalı sülhməramlıların yalnız öz vəzifələrini deyil, həm də humanitar vəzifələrini yerinə yetirdiyini vurğulayıb.

Qeyd edək ki, Rusiyanın Federasiya Şurası Prezident Vladimir Putinin müraciəti əsasında xaricdəki silahlı qüvvələrin Dağlıq Qarabağda sülhməramlı missiya çərçivəsində istifadə edilməsinə razılıq verib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90