“Nə Ermənistan hakimiyyəti, nə də Ermənistan müxalifəti orada sabitlik yarada biləcəyi, yaxud proseslərdən müsbət nəticə ilə çıxıla biləcək hansısa addımlar ata bilir”.
Bunu erməni siyasi ekspert Tatevik Ayrapetyanın “Paşinyanın Rusiyaya qarşı atdığı addımları Ermənistanın itirilməsi ilə nəticələnə bilər” sözlərinə münasibətini bildirən politoloq Tural İsmayılov Busaat.az-a açıqlamasında deyib.
O bildirib ki, Rusiya Ermənistanı cəzalandıra bilər:
“Bunun ilkin ssenarisini növbədənkənar pralament seçkiləri zamanı həyata keçirmişdi. Rusiya Paşinyanın rəqibi olan Köçəryanı media və maddi baxımdan ciddi dəstəkləyirdi. Sadəcə olaraq növbədənkənar parlament seçkilərindən sonrakı dövrdə sərsəm Paşinyana xalq qatil Köçəryandan daha çox etimad göstərdi. Bu da pislə daha pis arasında qalan erməni xalqının seçimsizliyinin nəticəsidir”.
Politoloq Rusiyanın Ermənistana qarşı təsir rıçaqlarına da toxunub: “Əlbəttə Aİ missiyasının oraya dəvət edilməsi, KTMT-dən çıxma ilə bağlı ritorika, eyni zamanda Ermənistan siyasi hakimiyyətinin Rusiyanı şantaj etməsi Ermənistanın cəzalandırılması ilə nəticələnə bilər. Bunun üçün Rusiya əlindəki iqtisadi imkanlarından istifadə edə bilər. Ermənistandakı kapitalını dondura, Ermənistana göndərdiyi hərbi yardımları dayandıra, həmçinin Ermənistanda olan səhmlərini sonlandıra bilər. Hesab edirəm ki, Rusiyanın Ermənistanı cəzalandırmaq qərarı Ermənistanda xaos yaradacaq. Hal-hazırda Ermənistanı gözləyən şərait barədə erməni xalqının və siyasi institutlarının aydın təsəvvürləri yoxdur. Çünki nə Ermənistan hakimiyyəti, nə də Ermənistan müxalifəti orada sabitlik yarada biləcəyi yaxud proseslərdən müsbət nəticə ilə çıxıla biləcək hansısa addımlar ata bilir”.
Nəsimi / Busaat.az