Saxlanılan iki azərbaycanlı hərbçimiz bu gün geri qaytarıldı

image-1640023254_1005537backend
Dekabrın 18-də azaraq ermənilər tərəfə keçən iki azərbaycanlı hərbçi geri qaytarılıb.
Busaat.az  xəbər verir ki, bu barədə Trend-ə Azərbaycanlı Əsir və Girovlarla bağlı Məlumat Mərkəzinin koordinatoru Əhməd Şahidov məlumat verib.

O bildirib ki, saxlanılan iki azərbaycanlı bu gün Azərbaycan tərəfə təhvil verilib.
Qeyd edək ki, dekabrın 19-da isə Azərbaycanda saxlanılan 10 erməni hərbçisi Ermənistan tərəfə təhvil verilmişdi.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki