“Ombudsman Səbinə Əliyeva Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında Konstitusiya Qanunu ilə ona verilmiş səlahiyyətlər çərçivəsində öz fəaliyyətini davam etdirməkdədir”. “Report”un xəbərinə görə, bu barədə Ombudsman Aparatının yaydığı açıqlamada bildirilib. “Gündəlik olaraq Müvəkkilin ünvanına daxil olan müraciətlər icraata götürülərək qanuna müvafiq surətdə araşdırılır, sorğular göndərilir, onlayn maarifləndirmə tədbirləri və görüşlər həyata keçirilir”, – məlumatda əlavə olunub. Qeyd edək ki, avqustun 20-də İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə dörd yüz manat məbləğində cərimə edilən Ombudsmanın fəaliyyətindən artıq 8 gündür heç bir məlumat yox idi. Belə ki, Ombudsmanın rəsmi internet resursu olan //www.ombudsman.gov.az/az saytına nəzər yetirdikdə sonuncu informasiyanın avqustun 20-də yerləşdirildiyi məlum olurdu. Beləliklə, bir həftədən çoxdur ki, Müvəkkilin fəaliyyəti ilə bağlı ictimaiyyətə heç bir məlumat verilmirdi.
Səbinə Əliyeva AÇIQLAMA yaydı

Bu bölməyə aid digər xəbərlər
Ukrayna Prokurorlar Şurasının təqdimatı ilə ölkənin Baş prokuroru əslən azərbaycanlı Amil Ömərovu Xarkov Vilayət Prokurorluğunun rəhbəri vəzifəsinə təyin edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev iyulun 2-də Xəzər dənizinin sahilində yerləşən…
26 iyun Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 107-ci ildönümü münasibətilə “Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları” İctimai…
“Liverpul” Londonun “Kristal Pelas” klubunun müdafiəçisi Mark Gehini transfer etməyə yaxındır. Busaat.az Bakıvaxtı.az-a istinadən xəbər verir ki…
Layihənin məkanı Sumqayıt şəhəri, Kimyaçılar 3 icmasının lideri, Solmaz xanım Zeynəddinova layihənin tədbirlərinə evsahibliyi edir və özü də təlimçı qismində…
İyun 25-də Cəlilabad rayonunda "Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları" İctimai Birliyinin yerli filialının rəsmi təqdimat mərasimi olub.