Səudiyyə Ərəbistanı Bəşər Əsədi Ərəb Liqasının sammitinə dəvət edə bilər – Reuters

image-asadbackend

Səudiyyə Ərəbistanı Suriya prezidenti Bəşər Əsədi Ərəb Liqasının sammitinə dəvət etməyi planlaşdırır.

Busaat.az xəbər verir ki, bu barədə “Reuters”in məlumatında bildirilir.

Mənbələrin Reuters-ə verdiyi məlumatda deyilir: “Səudiyyə Ərəbistanının xarici işlər naziri Faysal bin Ferhan önümüzdəki həftələrdə Dəməşqə gedəcək və mayın 19-da keçirilməsi planlaşdırılan sammit üçün Əsədə rəsmi dəvət göndərəcək”.

Reuters daha əvvəl mənbələrə istinadla iddia etmişdi ki, Suriya və Səudiyyə Ərəbistanı münasibətlərin pisləşməsindən on ildən çox müddət sonra səfirlik açmağa razılaşıblar.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı 2012-ci ildə Suriya ilə diplomatik əlaqələri kəsib, Dəməşqdəki diplomatik nümayəndəliyini bağlayıb və Suriya səfirini ölkədən çıxarıb.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90