“Sevilya”nın prezidenti Pepe Kastro mərakeşli qapıçı Yasin Bononun “Real Madrid”ə transferi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Busaat.az xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano “Twitter”də yazıb.
“Hazırda Bono üçün “Real Madrid” ilə danışıqlar aparılmır. Onun üçün heç bir təklifimiz yoxdur, heç bir klubdan maraqla bağlı heç nə eşitməmişik”, – jurnalist Pepe Kastro sitat gətirib.
Bono ötən mövsüm “Sevilya”nın heyətində bütün turnirlərdə 36 oyuna çıxıb. Mərakeşli DÇ-2022-nin sonunda ən yaxşı üç qapıçı sırasına daxil olub. O, üç ildir (2020-ci ildən) Əndəlusluların heyətində çıxış edir.
Qeyd edək ki, futbolçunun ispan klubu ilə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna kimi qüvvədədir. Transfermarkt internet portalının məlumatına görə, 32 yaşlı qolkiperin təxmini dəyəri 12 milyon avrodur. Daha əvvəl Fransa klubu “PSJ”nin də Bononu transfer etməkdə maraqlı olduğu bildirilirdi.