“Space televiziya adına ləkədir” – Qulu Məhərrəmli

“Space televiziya adına ləkədir” – Qulu Məhərrəmlibackend

Bir neçə gündür torpaqlarımızın düşməndən təmizlənməsi uğrunda qızğın savaşlar getdiyi və xalqımızın gərgin mənəvi sarsıntılar yaşadığı bir vaxtda bəzi televiziya kanallarında hələ də çal-çağırdı. Bu isə haqlı olaraq sosial şəbəkə istifadəçiləri və insanlar arasında böyük qıcıq yaradıb.

KONKRET.az-a açıqlamasında məsələyə münasibət bildirən media məsələləri üzrə ekspert, professor Qulu Məhərrəmli insanlarımız tərəfindən səslənən tənqidlərə haqq qazandırıb: “Bu gün Azərbaycanda çətin proseslər gedir. Müharibə şəraitində yaşayırıq. Televiziyalar gecə-gündüz işləməlidir. İnsanlarımızı yeni xəbərlərə təmin edərək, baş verənlərlə bağlı məlumatlandırmalıdır. Gecə Gəncə ermənilər tərəfindən raket atəşinə tutulub, ölən və yaralananlar var. Bu barədə sosial şəbəkələrdə və Türkiyə televiziyalarında daha çox reportajlar verilir. Əlbəttə, bütün bunlar bəzi televiziyalarımızın gerçək üzünü və hansı səviyyədə olmasından xəbər verir”.

Qulu Məhərrəmli onu da vurğulayıb ki, Gəncə, Mingəçevir və Tərtərdə muxbir postları qurulmalı, əhali oradan məlumatlandırılmalıdır: “Təəssüf ki, bəzilərində bunların heç birini görmürük. Space və Lider kimi televiziyalardan nə gözləmək olar? Space televiziya adına ləkədir. Amma “Real” TV və digər televiziyaların müəyyən fəallığı var, son günlərdə pis çalışmırlar. Əslində daha aktiv olmaq və tamaşaçıları məlumatlandırmaq vacibdir. Çünki bu televiziyalara həm də dünya baxır, xəbərlər dünyada yayılır. Ona görə də bizim televiziyalar xəbər mənbəyi kimi dünya televiziyalarına məlumat verməlidir. Təəssüf ki, biz bunu geniş miqyasda görmürük. Ona görə də hesab edirəm ki, insanlarımız haqlı irad tuturlar. Bildirilər ki, camaat orada bombalanır, amma televiziyalar yatır. Televiziyalar yatmamalıdır. Oyaq olub, erməni  vəhşiliyini dünyaya car çəkməlidir”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90