Stokholm Beynəlxalq Sülh İnstitutu- “Azərbaycan Ordusu daha güclüdür”backend

“Ermənistanla müqayisədə Azərbaycan hərbi sahəyə daha çox investisiya qoyub”.

Busaat.az xəbər verir ki, Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIRPI) araşdırmaçısı Piter Vezeman Azərbaycan və Ermənistan ordularını müqayisə edərkən belə deyib.

Vezeman əlavə edir ki, Azərbaycan o cümlədən, pilotsuz uçan aparat – dron baxımından daha güclüdür: “Aydın məsələdir ki, Azərbaycan dronlara Ermənistandan əhəmiyyətli dərəcədə daha çox investisiya qoyub. Buna heç şübhə yoxdur. Bura həmçinin, kamikadze və hədəflərə dəqiq raket buraxan dronlar da daxildir”.

Bununla belə, P.Vezeman deyir ki, həm Azərbaycan, həm də Ermənistan bir-birinin ərazisini bütün ölkə boyu hədəfə almaq iqtidarındadır: “Nə Azərbaycanın, nə də Ermənistanın ərazisi böyükdür. Bir-birini vurmaq üçün uzaqmənzilli raketlər tələb olunmur. Azərbaycanın kiçikmənzilli raketləri var ki, bununla da Ermənistanın dərinliklərini vura bilər”.