Təlimlərdə düşməndən qənimət götürülən texnikalardan istifadə edildi – Video

image-88-1backend

Vətən müharibəsində düşməndən götürülən çoxlu sayda hərbi qənimətlər arasında yer alan 20 millimetrlik “Zastava” zenit-artilleriya qurğuları təmir edilərək silahlanmaya daxil edilib. Əlahiddə Ümumqoşun Ordunun hava hücumundan müdafiə bölmələrində keçirilən taktiki-xüsusi təlimlərdə hərbi qulluqçularımız həmin zenit-artilleriya qurğularından istifadə edib, yüksək peşəkarlıq və hərbçi ustalığı nümayiş etdiriblər.

Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən  bildirilib ki, “Hava düşməninin zərbələrinin dəf edilməsi” mövzusunda keçirilən taktiki-xüsusi təlimlərdə zenit-raket, radiotexniki və zenit-artilleriya bölmələri həyəcan siqnalı ilə qaldırılıb.

Vətən müharibəsində hərbi qənimət olaraq ələ keçirilən və təmir edilərək silahlanmaya daxil edilən MT-LB tırtıllı döyüş texnikasına quraşdırılmış 20 millimetrlik “Zastava” zenit-artilleriya qurğuları ilə şərti düşmənin hava hücum vasitələri və yerüstü hədəfləri məhv edilib.

 

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90