Türkiyənin baş prokuroru Gəncəyə səfər edib – Foto

image-genceprokbackend

Türkiyə Respublikası Ali Məhkəməsinin Baş Prokuroru Bəkir Şahinin başçılıq etdiyi nümayəndə heyəti bu gün Gəncə şəhərinə işgüzar səfər ediblər.

Baş Prokurorluğun Mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, nümayəndə heyəti Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edib. Qonaqlar Nizami Gəncəvinin Məqbərəsində yaradılan şəraitlə tanış olublar.

Daha sonra nümayəndə heyəti Ermənistan silahlı qüvvələri tərəfindən Gəncənin raket atəşinə tutulması nəticəsində dağılan ərazilərə baş çəkib, qonaqlar günahsız mülki insanlara qarşı həyata keçirilmiş erməni hərbi cinayətlərinin nəticələri ilə yerində tanış olub.

Nümayəndə heyəti erməni terroru zamanı həlak olan dinc sakinlərin xatirəsinə ehtiram əlaməti olaraq, dağılmış evlərin ətrafına gül düzüb.

Qonaqlara məlumat verilib ki, cəbhə zonasından kənarda yerləşən Azərbaycanın ikinci böyük şəhəri Gəncənin ümumilikdə 5 dəfə Ermənistan tərəfindən ağır artilleriya və raket zərbələri ilə atəşə tutulub. Bildirilib ki, raket hücumları nəticəsində Gəncənin tarixi və dini abidələri, təhsil və səhiyyə ocaqları da zərər görüblər.

Nümayəndə heyətinin səfəri davam edir.

image-prokt image-prokni image-prokh

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90