Ukrayna 2014-cü ildə öz dövlət kimliyini itirib – (DXR) başçısı

image-fyq8tz0xeaa0jdabackend

“Kiyevlə mümkün danışıqlara dair heç bir fikrim yoxdur”.

Busaat.az xəbər verir ki, bu barədə məlumatı qondarma Donetsk Xalq Respublikasının (DXR) baçısı Denis Puşilin yayıb.

“Ukrayna müstəqil qərar vermə bacarığını itirib. Mənim Kiyevlə bağlı mümkün danışıqlara dair heç bir fikrim yoxdur. Çünki Ukrayna 2014-cü ildə öz dövlət kimliyini itirib. Hətta əgər Ukrayna hakimiyyəti bunu istəsəydi belə, onlara danışıqlara icazə verilməyəcək. Mən Ukrayna ilə aparılan istənilən danışıq haqqında spektikəm. Onlar təəssüf ki, müstəqil deyillər” –deyə, Puşilin bildirib.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin Ukraynanı hərbi əməliyyatları dayandırmağa və danışıqlar masasına geri dönməyə çağırıb. Ukrayna prezidenti Volodimir Zelenski isə, danışıqlardan imtina etdiyini təkrarlayıb.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90