“Ukrayna ordusunun 4 qırıcı təyyarəsini vurduq” – Rusiya

image-mig-29-su-25backend

Rusiya-Ukrayna müharibəsi bir ildən artıqdır davam edərkən, Rusiya Hərbi Hava Qüvvələri 4 Ukrayna döyüş təyyarəsini vurduqlarını bildirib.

Busaat.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin mətbuat katibi İqor Konaşenkov Ukrayna ordusuna məxsus 2 “Miq-29” və 2 “Su-25” model döyüş təyyarəsini vurduqlarını açıqlayıb.

Donetsk istiqamətində Baxmut bölgəsindəki rus hücum dəstələrinin bir gündə şimal-qərb, mərkəz və cənub-qərb bölgələrində üç rayonu nəzarətə götürdüyünü bildirən Konaşenkov, Rusiya hava-desant qüvvələrinin şəhərin şimal və cənub perimetrlərini bağladığını bildirib.

Konaşenkov bəyan edib ki, Baxmut şəhərinin şimal-qərb və mərkəzi hissələrində Ukrayna Silahlı Qüvvələrinin hücum dəstələrinin əks-hücum cəhdlərinin qarşısı alınıb.

Rusiya Hərbi Hava Qüvvələrinə məxsus təyyarələrin bir gündə Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus 3 təyyarəni vurduğunu qeyd edən Konaşenkov Donetsk vilayətinin Novoukrainka və Sergeyevka yaşayış məntəqələri yaxınlığında 2 Miq-29-un, Xarkov vilayətinin Dolqenkoye qəsəbəsi yaxınlığında bir Su-25 qırıcısının vurulduğunu bildirib.

Konaşenkov həmçinin bildirib: “Rusiyanın hava hücumundan müdafiə sistemləri Uqledar yaxınlığında Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus Su-25 qırıcı təyyarəsini vurub”.

Busaat.az 

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90