Vazgen Manukyandan sonra Karen Vrtanesyan da Paşinyanı istefaya çağırdı

Vazgen Manukyandan sonra Karen Vrtanesyan da Paşinyanı istefaya çağırdıbackend

Son günlərdə Ermənistanın bir çox tanınmış ictimai və siyasi xadimləri Nikol Paşinyan hökumətinin dərhal istefası tələbi ilə çıxış edir.

Busaat.az xəbər verir ki, Ermənistanın keçmiş baş naziri Vazgen Manukyanın açıq şəkildə sərt açıqlamasından sonra məşhur erməni xeyriyyəçisi Sergey Ambarçumyan Ermənistan hökumətinin başçısına açıq məktubla müraciət edib. Erməni millətinin uçurumun kənarında olduğunu bildirən erməni əsilli rus oliqarx N.Paşinyandan hakimiyyəti Rusiyanın etibar etdiyi daha təcrübəli bir menecerə verməsini deyib.

Qarabağdakı hərbi məğlubiyyətləri fonunda məşhur erməni jurnalist və bloger Karen Vrtanesyan da bildirib ki, Azərbaycan Ordusu Qarabağın dərinliklərinə qədər gəlib.

Razm.info onlayn nəşrinin baş redaktoru Facebook səhifəsində N.Paşinyan hökumətinin yol verdiyi cinayət səhvlərinə diqqət çəkərək bunları bildiribi. “İndi bu səhvləri açıq şəkildə müzakirə etməyin vaxtı deyil. Ancaq Vazgen Manukyanın tələbi ilə razıyam ”.

Tanınmış jurnalistin fikrincə, Paşinyan hökumətinin istefasından başqa yol yoxdur. Həm də vaxt yoxdur. “Bu, dövləti və milləti qorumaq üçün son şansdır”, – deyə K.Vrtanesyan vurğulayıb

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90