Xırdalanda kişinin başını kəsən şəxs təslim oldu

image-xirdalanbackend

Xırdalanda dünən kişinin başını kəsərək öldürən şəxsin kimliyi məlum olub.

Busaat.az xəbər verir ki, hadisə gecə saat 10 radələrində bazarda baş verib.

Orada satıcı işləyən 1975-ci il təvəllüdlü Sərdar Sabir oğlu Həsənov bıçaqlanaraq qətlə yetirilib. Onu Bakı şəhər sakini, 1975-ci il təvəllüdlü Dünyamalıyev Vüsal Şahin oğlunun öldürdüyü məlum olub.

V. Dünyamalıyev qətli törətdikdən sonra polis şöbəsinə gedərək təslim olub. Onun əvvəllər Cinayət Məcəlləsinin 127-ci (Qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə məhkum olunduğu bildirilir.

Faktla bağlı Abşeron rayon prokurorluğunda araşdırma aparılır.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90