Yaponiya hərbi gücə çevrilməyəcəyinə zəmanət verir

image-yaponiyabackend

“Müdafiə xərclərinin artmasına və hücuma məruz qalacağı təqdirdə düşmənə əks-hücum edəcəyinə baxmayaraq, Yaponiya hərbi gücə çevrilməyəcək”.

Busaat.az “Reuters”ə istinadən xəbər verir ki, bunu Yaponiyanın hakim Liberal Demokratik Partiyasının (LDP) tərkib hissəsi olan Komeito Partiyasının lideri Natsuo Yamaquçi bildirib.

Müdafiə qabiliyyətinin gücləndirilməsi ölkənin əsas müdafiə siyasətini dəyişmir. Yamaquçi qeyd edib ki, konstitusiyaya əsaslanan müdafiə siyasəti əsas götürüləcək.

O qeyd edib ki, Yaponiya qonşu ölkələri təhdid etmək niyyətində deyil.

Yaponiya tərəfindən daha əvvəl qeyd edilib ki, Yaponiya uzaqmənzilli raketlərin alınması və kibertəhlükəsizlik üzrə tədqiqatlara xərclərini artıracaq. İndiyədək Yaponiyada illik müdafiə xərcləri ölkənin ÜDM-nin 1 faizini keçməyib. Bundan əlavə, Yaponiya hökuməti ABŞ-dan Tomahawk qanadlı raketləri almaq planlarını açıqlayıb.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90