Yaponiyada 140-dan çox aviareys təxirə salındı

Yaponiyada 140-dan çox aviareys təxirə salındıbackend

Yaponiya aviaşirkətləri Honşu adasının şimalında və Yaponiya dənizinin sahilində hökm sürən güclü qar yağışları üzündən azı 143 daxili reysi ləğv edib. Busaat.az xəbər verir ki, bu barədə “NHK” telekanalı xəbər verib.

Cədvəldəki dəyişikliklər əsasən Tokio, Osaka prefekturalarının böyük şəhərləri və şimal prefekturaları arasındakı marşrutlara aiddir. Bundan başqa, cənub-qərbdəki Kyuşu adasındakı magistralların birində hərəkətin dayandırıldığı bildirilir.

Güclü qar yağışı üzündən İvate prefekturasında bir kişi həlak olub. O, traktorla qarı təmizləyərkən idarəetməni itirib və çaya düşüb.

Qeyri-sabit hava şəraiti bir neçə gün davam edəcək

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90