Yeni prezident Məhəmməd bin Zayed kimdir? – Qərbin adamı, islahatçı, 9 uşaq atası…

image-1652615093_zayedbackend

Xəbər verdiyimiz kimi, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) prezidenti Xəlifə bin Zayed Al Nəhyan mayın 13-də vəfat edib. O, uzun sürən xəstəlikdən sonra 73 yaşında dünyasını dəyişib.

Busaat.az  Qaynarinfo.az-a istinadla onun haqqındakı faktları təqdim edir.

Artıq ötən gün ölkənin yeni prezidenti seçilib. Bu, Əbu-Dabi Əmirliyinin vəliəhdi, BƏƏ Silahlı Qüvvələrinin Ali Baş Komandanının müavini, 61 yaşlı Şeyx Məhəmməd bin Zayed Al Nəhyandır. O, vəfat edən prezident Xəlifə bin Zayed Al Nəhyanın ögey qardaşıdır.

Bəs kimdir Şeyx Məhəmməd bin Zayed Al Nəhyan?

Yeni prezident mərhum dövlət başçısı Xəlifə bin Zayed Al Nəhyan 2014-cü ildə beyin iflici keçirdikdən sonra faktiki olaraq ölkəni idarə edirdi. Dünən isə o, rəsmi şəkildə prezident postuna təsdiqlənib.

“WikiLeaks” yayımladığı gizli ABŞ sənədlərində Nahyan “xarizmatik”, zəki və Qərblə rahat münasibətlər qura bilən” şəxs olaraq tərif edilirdi.

Zayed Al Nahyan Qərbə yaxın şəxs hesab olunur. İngiltərədəki elit Sandhurst hərbi akademiyasından məzun olub və helikopter pilotudur.

BƏƏ-nin Səudiyyə Ərəbistanı ilə Yəmən müharibəsinə girməsində böyük rol oynayan yeni prezident eyni zamanda Səudiyyə şahzadəsi Məhəmməd bin Salmana yaxın şəxsdir. BƏƏ Yəmən müharibəsinin uzanması səbəbindən hərbçilərinin böyük hissənin geri çəkmişdi. BƏƏ eyni zamanda Əl-Dafra hava bazasında 3500 Amerika hərbçisinə ev sahibliyi edir. Dubayda iusə ABŞ donanması yerləşir.

Şeyx Məhəmməd bin Zayed Al Nəhyan 11 mart 1961-ci ildə anadan olub. BƏƏ-nin qurucusu Şeyx Zayed bin Sultan Al Nahyanın üçüncü oğludur.

Hərbi Hava Qüvvələrinin komandanlığından qısa müddətə Baş Qərargah rəisi vəzifəsinə yüksəlib.

2014-cü ildən faktiki olaraq ölkənin lideridir. BƏƏ-nin ticari və siyası önəminin artmasında böyük rolu var.

Mühafizəkar qonşu ölkələrə rəğmən daha tolerant ölkə imici yaradıb, bəzi islahatlar aparıb, bir çox qadağaları ləğv edib.

“Al-Ayn” futbol klununun prezidentidir, futbola böyük marağı var.

Ovçuluq və şeir yazmaq hobbisi var. Tez-tez Əbu Dabidə velosiped sürərkən görülür.

Şahika Salama bin Hamdan Al Nahyanla evlidir. 4 oğlu, 5 qızı var.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90