Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru

image-13backend

Yunanıstan–Bolqarıstan Qaz İnterkonnektoru — Yunanıstanın şimal-şərqindəki Komotini və Bolqarıstanın cənubundakı Stara Zaqora regionundakı milli təbii qaz ötürmə sistemləri arasında birbaşa əlaqə yaradan boru kəməri. Ümumi uzunluğu 182 km-dir. Təxmini dəyəri 220 milyon avrodur. Planlaşdırılan layihə gücü ildə 3 milyard m3 təbii qazdır.

Qaz kəmərinin tikintisi 2017-ci ilə nəzərdə tutulmuşdu.  22 may 2019-cu il tarixində Kirkovo rayonunda interkonnektorun əməlqoyma mərasimi baş tutmuşdur. Boru kəməri onun operatoru olan “ICGB AD” tərəfindən tikilir. Tikintidə Bolqarıstanın “Bulgarian Energy Holding”i, Yunanıstanın “DEPA” və İtaliyanın “Edison” şirkətləri iştirak emişlər.

25 mart 2022-ci ildə boru kəməri Trans Adriatik Boru Xəttinə qoşulmuşdur. Tikinti 2022-ci ilin iyulunda başa çatmışdır. Rəsmi açılış mərasimi 8 iyul 2022-ci ildə baş tutmuşdur. 2022-ci ilin iyununda Azərbaycan qazının boru xəttinə vurulması prosesinə başlanılmışdır. İlkin olaraq ildə 1 milyard m3 qazın verilməsi, sonra isə həcmin ildə 3 milyard m3-dək artırılması nəzərdə tutulur. Boru kəməri 75 bara qədər maksimum təzyiqdə işləmək üçün nəzərdə tutulmuşdur. 1 oktyabr 2022-ci ildə Sofiyada Yunanıstan–Bolqarıstan Qaz İnterkonnektoru rəsmi olaraq istifadəyə verilmişdir.

Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru layihəsi tarixi əhəmiyyətə malikdir.

Bu il Bakıda Ursula Fon der Lyayenin iştirakı ilə Azərbaycan və Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalandığını xatırladan dövlətimizin başçısı qeyd edib ki, bu Memoranduma əsasən Azərbaycan 2027-ci ilədək Avropaya qaz ixracını ən azı iki dəfə artırmağı planlaşdırır.

Oktyabrın 1-də Bolqarıstan Respublikasının paytaxtı Sofiya şəhərində Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (IGB) açılış mərasimi keçirilib.

Bolqarıstan Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunu və Azərbaycandan təbii qaz təchizatının artırılması imkanlarını alqışlayır. Bu, “Repower Europe” planındakı şaxələndirmə hədəflərinə töhfə verəcək.

Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (IGB) digər icraçı direktoru George Satlas da layihə barədə danışdı. Bildirdi ki, 5 il əvvəl bu layihənin reallaşmasına inananlar az olsa da, birgə səylər sayəsində o, bu gün artıq reallığa çevrilib.

Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen çıxışında dedi ki, IGB kimi layihələr qışda Avropanı qazla kifayət qədər təmin edəcək. Bu gün qaz kəmərinin işə salınması ilə Bolqarıstan və Cənub-Şərqi Avropa üçün yeni dövr başlayır.

Qeyd edək ki, Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (IGB) ümumi uzunluğu 182 kilometrdir, Bolqarıstanın və Yunanıstanın qaz nəqli şəbəkələrini birləşdirir.

Layihə 2011-ci ildə Bolqarıstanda qeydiyyatdan keçmiş Bolqarıstan-Yunanıstan “ICGB AD” investisiya şirkəti tərəfindən Bolqarıstanın Enerji Holdinqi və Yunanıstanın “IGI Poseidon” şirkətinin səhmdarları ilə birlikdə reallaşdırılır və hər biri 50 faiz paya malikdir.

İnterkonnektorun ümumi dəyəri 240 milyon avrodan çoxdur. Avropa Komissiyası 2010-cu ildə texniki-iqtisadi əsaslandırmalar üçün 45 milyon avro qrant yardımı və Bolqarıstanın həyata keçirdiyi proqram çərçivəsində 35 milyon avro məbləğində daha bir ödəniş ayırıb. Avropa İnvestisiya Bankı isə 110 milyon avro kredit verib.

Xatırladaq ki, IGB Azərbaycanın “Şahdəniz-2” yatağından hasil edilən təbii qazı Bolqarıstana çatdıracaq. Bu məqsədlə Bolqarıstanın “Bulgargaz EAD” dövlət şirkəti “Şahdəniz” konsorsiumu ilə müqavilə imzalayıb. Boru xəttinin illik ötürmə gücü 3 milyard kubmetr təşkil edəcək. Perspektivdə bu göstərici ildə 5 milyard kubmetrədək artırıla bilər. Beləliklə, Azərbaycan təbii qazı Bolqarıstanın tələbatının 25-30 faizini ödəyəcək.

Onu da qeyd edək ki, Azərbaycan qazının Avropaya nəqli 2020-ci ilin axırında Cənub Qaz Dəhlizinin sonuncu seqmentinin – TAP-ın işə düşməsi ilə başlayıb. Hazırda Türkiyə, Gürcüstan, Yunanıstan, Bolqarıstan, Albaniya və İtaliya Azərbaycan qazının alıcılarıdır. Göründüyü kimi, yeni çağırışlar qarşısında Azərbaycan qazına tələbat artır.

 

Zərinə Hümbətova– Azərbaycan Dövlət Pedaqoji Universiteti

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90