Zaxarova: “Rusiya hərbi bazasının Ermənistanda olması qanuni qüvvəyə malikdir”

image-mariya-zaxarovabackend

Rusiya hərbi bazasının Ermənistanda olması müvafiq sənədlərlə tənzimlənir.

Busaat.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

“Birincisi, biz kağız üzərində yazılmış müqavilələrimizdən çıxış ediriki. İkincisi, biz konkret olaraq bütün addımlara və qərarlara reaksiya verəcəyik. Analitiklər nələrin yaşanacağı barədə spekulyasiya edə bilərlər. Biz yalnız real olan hadisələri şərh edirik”, – diplomat Rusiya tərəfinin İrəvanın Ermənistandakı Rusiya hərbi bazasının gələcək taleyi ilə bağlı tədbir görüb-gözləmədiyini soruşduqda deyib.

“Rusiyanın mövqeyindən danışsaq, bu, müvafiq sənədlərdə qeyd olunub və qanuni şəkildə rəsmiləşdirilib”, – Zaxarova vurğulayıb.

Rusiyanın Zaqafqaziyada yeganə bazası olan 102-ci hərbi baza (onun 5 minə yaxın hərbçidən ibarət kontingenti var) 1995-ci il dövlətlərarası sazişə əsasən, Ermənistanda yerləşdirilib. Sənədə 2010-cu ildə dəyişiklik edilib. Dəyişikliklərə əsasən, bazanın mövcudluğu müddəti ilkin 25 ildən 49 ilə, 2044-cü ilə qədər uzadılıb. Bazanın iki qarnizonu var – Gümrü və İrəvan yaxınlığında.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki