4 generala xüsusi tapşırıqlar verildi – Müharibə ilə bağlı

image-1658397035-750-450backend

Hazırda Ukraynadakı hərbi əməliyyatlarda dörd rus generalı səfərbər olunub. Onların hamısı konkret olaraq müharibə, real döyüşlər görmüş insanlardır. Dünən onlara yeni tapşırıqlar verildi.

Busaat.az axar.az-a istinadən xəbər verir ki, bu fikri qalmaqallı rusiyalı teleaparıcı Vladimir Solovyov “Rossiya 1” telekanalının efirində deyib.

“Qərb istiqaməti – general Seçevoy. Mariupolu tam olaraq nəzarətə götürən adam.

Şərq istiqaməti – general Muradov. Bu insanı demək olar ki, hamı tanıyır. Qarabağda Rusiya hərbi kontingentinə rəhbərlik edib. Ondan qabaq Suriya əməliyyatlarına başçılıq edib.

General Lapin – mərkəzi qrupun rəhbəri. Oğlu ilə bir yerdə döyüşürdü. Hazırda oğlu yaralanıb və hospitaldadır.

Və nəhayət Rusiya Silahlı Qüvvələrinin ordu generalı Surovikin – “Qəddar” ləqəbli general.

Artıq bu 4 generala yeni tapşırıqlar verilib”, – deyə o qeyd edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki