ABŞ Rusiyaya qarşı səlib yürüşü elan edib – Lavrov

image-lavrovbackend

ABŞ Rusiyaya qarşı səlib yürüşü elan edib. Hazırda ABŞ ilə lazımi təmaslardan başqa demək olar ki, heç bir təmas yoxdur.

Busaat.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Latın Amerikası turu çərçivəsində Kubanın paytaxtı Havanaya gəlib. Lavrov Kuba prezidenti Migel Diaz-Kanel və Kubanın keçmiş prezidenti Raul Kastro, daha sonra kubalı həmkarı Bruno Rodrigezlə görüşüb.

Görüşdən sonra Rodrigez və Lavrov birgə mətbuat konfransı keçirib. ABŞ ilə lazımi təmaslardan başqa demək olar ki, heç bir əlaqənin olmadığını qeyd edən Lavrov bildirib: “Rusiya-ABŞ münasibətləri ilə maraqlanırsınızsa, hazırda bizim xüsusi bir əlaqəmiz yoxdur. Biz yalnız bu münasibətlərdən qaynaqlanan problemlərlə məşğul oluruq”.

ABŞ-nin onlara qarşı münasibətini “səlib yürüşü” kimi xarakterizə edən Lavrov əlavə edib: “Amerikalıların Rusiya Federasiyasına, Rusiyanın qanuni maraqlarına, rus mədəniyyətinə və ənənələrinə qarşı səlib yürüşü elan etdiklərini hamı bilir. Bu müharibənin bir ucunda Kiyev nasist rejimi oldu”.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki