Aksiyaların gedişatı necə olacaq?: “Sülhməramlılar “Fərrux” və “Qisas” əməliyyatını xatırlasın”EKSPERT RƏYİ

image-photo-1670853674backend

“Sülhməramlılar sanki Rusiyada xidmət edirmiş kimi davranır”.

Bunu Şuşa şəhərinin girişində – Laçın yolunda Rusiya sülhməramlılarının erməni təxribatlarına seyrçi qalmasına qarşı keçirilən etiraz aksiyasının gedişatı haqqında “Busaat.az”-a açıqlamasında hərbi ekspert Elxan Şıxəliyev deyib.

image-2021-09-03_142240

O, bildirib ki, aksiyaların keçirilməsi sülhməramlıların sonunun başlanğıcıdır: “Proseslərin bu yerə gəlib çatmasına səbəb elə sülhməramlılar özləridir. Onların fəaliyyətinin iki ildir ki, separatçılara dəstəkdən ibarət olduğunu müşahidə edirik. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi əməkdaşlarının müşahidə aparması üçün bölgəyə buraxılmaması aksiyaların başlanmasına zəmin yaratdı. Sülhməramlıların fəaliyyətində özlərinə çəki düzən verməsi üçün iki ildir səbr edirik”.

Aksiyaların gedişatı barədə danışan ekspert qeyd edib: “Sülhməramlılar sanki Rusiyada xidmət edirmiş kimi davranır. Aksiyaların gedişatı qarşı tərəfin yanaşmasından asılı olaraq dəyişəcək. İlk olaraq sülhməramlıların komandanı general-mayor Andrey Volkov aksiya iştirakçılarının qarşısına çıxaraq onların suallarını cavablandırmalıdır. İkinci olaraq separatçı rejimin fəaliyyətinin bölgədə dayandırılacağına dair mesajlar verilməlidir. Sülhməramlılar və ya separatçılar çağırışlarımıza qarşı sərt güc tətbiq etməyə çalışarsa “Fərrux” və “Qisas” əməliyyatını xatırlasınlar”.

Busaat.az/Ələsgər

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki