Almaniya Balkan ölkələrini Rusiyaya qarşı sanksiyaları dəstəkləməyə çağırdı

image-scholzbackend

Almaniya kansleri Olaf Şolz Qərbi Balkan ölkələrini Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı siyasət və sanksiyalarına uyğunlaşmağa çağırıb.

Busaat.az xəbər verir ki, bu barədə Almaniya kansleri Şolz Tiranada keçirilən Aİ-Qərbi Balkanlar Sammitindən sonra mətbuat konfransında çıxış edib.

Rusiyaya qarşı ortaq mövqe çağırışı edən Şolz deyib: “Mövqelərimizi birləşdirməliyik. Sanksiyalara gəlincə, biz Aİ-yə namizəd ölkələrin Aİ-nin sanksiyalar siyasətinə əməl etmələrini gözləyirik”.

Kansler Şolz ölkəsinin Qərbi Balkan ölkələrinin Aİ üzvlüyünü dəstəyini bir daha ifadə etməklə yanaşı, bu ölkələrdən gözləntilərini də dilə gətirib.

Ölkəsinin Albaniya, Bosniya və Herseqovina, Kosovo, Monteneqro, Şimali Makedoniya və Serbiyanın Aİ-yə üzvlük cəhdlərini güclü şəkildə dəstəklədiyinə diqqət çəkən Şolz əlavə edib: “Əməkdaşlığın yaxşılaşdırılması və Qərbi Balkan ölkələrinin Aİ-yə üzvlüyünün sürətləndirilməsi üçün hər şeyi edəcəyik. Bugünkü Tirana Bəyannaməsi ilə biz Aİ-nin genişlənmə prosesinə sadiqliyimizi bir daha təsdiqlədik”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90