Almaniya öz vətəndaşlarını İsraildən təxliyə etməyə hazırlaşır

image-almaniyabackend

Almaniya Xarici İşlər Nazirliyi İsraildəki alman vətəndaşlarını təxliyə etməyə hazırlaşır.

Busaat.az xəbər verir ki, bu barədə Spiegel məlumat yayıb.

Almaniya Xarici İşlər Nazirliyinin göstərişi ilə Almaniyanın Lufthansa aviaşirkətinin təxliyə məqsədi ilə cümə axşamı və cümə günləri İsrailə 4 reys həyata keçirəcəyi bildirilib.

Məlumata görə, nazirlik tərəfindən İsraili tərk etmək istəyən Almaniya vətəndaşları üçün günün istənilən vaxtı əlaqə saxlamaq mümkün olan xüsusi telefon xətti yaradılıb.

Ölkələrinə qayıtmaq istəyən Almaniya vətəndaşlarının “böhran ehtiyat siyahısı”nda qeydiyyatdan keçmələri lazım olduğu paylaşılıb.

Lufthansa İsrailə uçuşları şənbə gününə qədər dayandırdığını açıqlayıb.

Avstriya və İspaniyanın İsraildən öz vətəndaşlarını hərbi təyyarələrlə gətirəcəklərini bildirməsindən sonra Almaniya hökumətinin böhran idarəçiliyi müxalifət tərəfindən tənqid edilib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki