Ankara və Moskva qaz qovşağı layihəsi üzərində işləyir – Çavuşoğlu

image-cavusbackend

Ankara və Moskva Rusiyanın təklif etdiyi qaz qovşağı layihəsi üzərində işləyir. Eləcə də, Avropa ölkələrinin tələbi ilə bağlı suallara aydınlıq gətirilir.

Busaat.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

“Rusiyanın təklif etdiyi qaz qovşağı layihəsinə gəlincə, iki ölkənin nazirlikləri bunun üzərində işləyir. Əslində, bu təklif Avropaya ünvanlanıb, bununla bağlı Avropa ölkələrindən tələb lazımdır. İndi biz müəyyən etməyə çalışırıq ki, belə bir tələbin olub-olmamasından asılı olmayaraq İstanbulda qurulacaq qaz qovşağı əhəmiyyətli olacaq”, – deyə Çavuşoğlu Ankarada italyalı həmkarı ilə keçirdiyi mətbuat konfransında bildirib.

 

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90