ATU-nun Tədris Cərrahiyyə klinikasının 33 tibb işçisi COVİD-19-a yoluxdu

ATU-nun Tədris Cərrahiyyə klinikasının 33 tibb işçisi COVİD-19-a yoluxdubackend

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə klinikasının 33 tibb işçisi COVİD-19-a yoluxub.

Busaat.az-ın məlumatına görə, bunu universitetin mətbuat xidmətinin rəhbəri Günel Aslanova deyib.

Onun sözlərinə görə, virusa yoluxan tibbi personalın 21-i reanimasiya şöbəsinin həkimidir.

G.Aslanova ATU-nun Tədris Terapevtik Klinikasında da tibbi personal arasında yoluxma hallarının olduğunu söyləyib.

G.Aslanova qeyd edib ki, Tədris Terapevtik Klinikada 24 tibb işçisi virusa yoluxub: “Onların arasında həkim, tibb bacısı, sanitar işçisi də var. Amma həmin şəxslərdən artıq sağalıb işə qayıdanlar da var”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90