Azərbaycanlı alimdən Hikmət Hacıyeva müraciət

image-img-20210415-wa0014backend

Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev cənablarına

Hörmətli Hikmət müəllim.

İkinci dünya müharibəsindən sonra qalib ayrılan müttəfiq ordularının üzvü olan Böyük Britaniya Almaniyaya alimləri göndərib onlardan qalan arxivləri və kitabları Londona gətizdirdi və bu sənədlər ingilislərə imkan verdi ki, faşizm barədə tutarlı faktlarla tədqiqat aparsınlar. Çünki bu sənədlər çox böyük əhəmiyyət daşımaqla düşməni öz silahları ilə , fakt və sübutlarla vurmağa kömək elədi. Bu işə isə Britaniyanın baş naziri Uinston Çörçil özü nəzarət edirdi..

İndi Qarabağ ermənilərdən azad edilib.İşğaldan azad edilən ərazilərdə ermənilərin kilsə və idarələrində, məxfi qurumlarında və arxivlərində düşmənin iç üzünü və məkirli planlarını üzə çıxarmağa kömək edəcək sənədlər, əlyazmalar, kitablar, xəritələr və fotolar qalıb. Bizim əsgərlər bu sənədlərin necə bir əhəmiyyətli olmasını bilmədən onları ya yandırır, ya da məhv edir. Bu isə gələcəkdə ermənilərə qarşı informasiya və elmi dairələrdə savaşlarda bizə böyük kömək edəcək “silahların” məhv olması deməkdir.
Erməni bolşevik Mikoyan 1918-ci ildə Bakıda 31 mart soyqırımı zamanı burdan 6 çemodan nadir əlyazma və sənədlər aparıb. Nadir kitabları aparıb və ermənilər onu oxuyub, bizim tariximizi saxtalaşdırmağa başlayıblar. Hazırda dünya auksionlarında bizim tarixə aid nadir sənədləri ermənilər baha qiymətə satışa qoyublar.

Biz niyə ermənilərdən qalan bu sənədləri və kitabları oxumayaq ? Onlara qarşı bunu istifadə etməyək. Dünyaya ermənilərin terrorçu və soyqırım törədən bir millət olduğunu göstərməyək.

Bu sənədlərin içərisində ermənilərin bizdən vaxtilə oğurladığı tariximizə aid əlyazmalar da ola bilər, nadir kitablar da ola bilər. Nadir fotolar da.

Kilsələrdə qalan kitab və sənədlərdə ermənilərin iç üzünü açan elə faktlar ola bilər ki, biz bunu onlara qarşı elmi faktlara qoya bilərik.

Hörmətli Hikmət müəllim.

Xahiş edirəm izn verin mən gedim o sənədləri və əlyazmaları, kitabları və fotoları əldə edib tədqiq edim..Azərbaycan tarixinə və elminə böyük dəstək olarsız bununla. .

İnanın bunu tariximizi, erməniləri və onların planlarını, tarixini və psixalogiyasını mənim kimi bilən alimdən başqası edə bilməyəcək…

Xahiş edirəm kömək edin gedib o sənədləri Bakıya gətirib araşdırma edək.

Hörmətlə dosent Zaur Əliyev

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90