Azərbaycanlı və erməni deputatların görüşünün yeni təfərrüatı

image-deputatbackend

Xəbər verdiyimiz kimi, Vyanada azərbaycanlı millət vəkilləri ilə Ermənistandan olan siyasi partiya təmsilçiləri arasında görüş keçirilib.

Busaat.az-ın “News.am”a istinadən məlumatına görə, Qarabağa həsr olunmuş qapalı müzakirələrdə Ermənistan tərəfindən 3 millət vəkili iştirak edib. Bunlar “Respublika” partiyasından olan Armen Aşotyan və Karen Avakyan, “İşıqlı Ermənistan” partiyasından isə Edmon Marukyan olub.

Qeyd olunur ki, görüşə Azərbaycan tərəfindən 3 millət vəkili qatılıb. Bununla yanaşı, bildirilir ki, müzakirələrdə, həmçinin ATƏT və Avropa İttifaqı nümayəndələri, səfirlər, Müdafiə Nazirliyi, Xarici İşlər Nazirliyi və Avstriyanın akademik dairələrinin nümayəndələri iştirak ediblər.

Müzakirələr “Chatham House” qaydaları, yəni müzakirələrin anonimliyi prinsipi əsasında keçirilib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90