“Azərkimya” baş vermiş yanğınla bağlı məlumat yaydı- SOCAR

“Azərkimya” baş vermiş yanğınla bağlı məlumat yaydı- SOCARbackend

Sumqayıtda “Azərikimya” İstehsalat Birliyinin Etilen-polietilen zavodunda baş verən yanğın nəticəsində bir neçə nəfər xəsarət alıb.

Busaat.azxəbər verir ki, SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib ki, yanğın istehsalatla bağlı yaranmayıb: “Bir müddət öncə həmin zavodda istehsal prosesi dayandırılıb və təmir işləri görülür. Yanğının təmir işləri ilə zamanı yarandığı güman edilir. Yanğın zamanı SOCAR-ın və orada çalışan podratçı şirkətin bir neçə nümayəndəsi xəsarət alıb”.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının geniş əraziyə yayılmasının qarşısını alıb və yanğın məhdudlaşdırılıb. Hazırda yanğının tam söndürülməsi istiqamətində işlər görülür.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90