Bakıda güclü külək məktəbin damını uçurdu – Video+Fotolar

image-mek2backend

Bakıda əsən güclü külək məktəbin damını uçurub.

Busaat.az xəbər verir ki, hadisə Suraxanı rayonunda qeydə alınıb.

Belə ki, güclü külək 278 saylı tam orta məktəbin damının bir hissəsini uçuraraq yerə atıb.

Bakı şəhəri üzrə Təhsil İdarəsindən  verilən məlumata görə, müvafiq mütəxəsislər məktəbdə olub, vəziyyətlə bağlı ilkin təhlükəsizlik tədbirləri görülüb. Hadisə zamanı xəsarət alan olmayıb. İlkin araşdırmalardan sonra müvafiq rəy veriləcək.

İlkin təhlükəsizlik tədbirlərinin təmin olunması ilə yanaşı, hava şəraiti imkan verən kimi dam örtüyünün bərpa işlərinə başlanacaq.

Qafqazinfo

image-mek2

 

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90