Bakıda mənzildə qadın meyiti tapıldı

image-meyitbackend

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 – qaynar telefon xəttinə daxil olan məlumata əsasən, paytaxtın Nəsimi rayonunda bir nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

FHN-in mətbuat xidmətindən Busaat.az-a bildiriblər ki, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1935-ci il təvəllüdlü Kazımova Əzizə Ağahüseyn qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90