“Barselona”nın oyunçusu “Brayton”a keçdi

image-ansu-fatibackend

“Barselona”nın oyunçusu Ansu Fati bir mövsümlük icarə əsasında “Qağayılar”a keçib.

Busaat.az xəbər verir ki, bu barədə “Brayton” klubunun mətbuat xidməti məlumat yayıb.

“Bu imza hamımız üçün çox vacibdir. Əminəm ki, Ansu bizə yeni hədəflərə çatmağa kömək edəcək və biz ona layiq olduğu səviyyəyə qayıtmağa kömək edə biləcəyik”, – deyə klubun baş məşqçisi Roberto De Zerbi Fatinin transferini şərh edib.

2022/2023 mövsümündə Fati “Barselona”nın heyətində bütün yarışlarda 50 oyuna çıxıb, 10 qol vurub və 4 məhsuldar ötürmə edib. Futbolçunun Kataloniya klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna kimi qüvvədədir. Transfermarkt internet portalına görə, futbolçunun təxmini dəyəri 35 milyon avrodur.

Qeyd edək ki, daha əvvəl Fati ilə İngiltərənin daha iki klubunun – “Çelsi” və “Tottenhem”in də maraqlandığı bildirilirdi.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki