BMT-nin Nyu-Yorkdakı qərargahı BAĞLANIB

BMT-nin Nyu-Yorkdakı qərargahı BAĞLANIBbackend

Nyu-Yorkun İst-River çayının sahilində yerləşən Birləşmiş Millətlər Təşkilatının (BMT) mərkəzi qərargahı, əvvəlki gün şəhərə yağan qar səbəbiylə bağlanıb.

Busaat.az bu barədə “TASS”a istinadən xəbər verir.

Təşkilatın bütün işçilərinə və diplomatlarına göndərilən mesajda deyilir ki, BMT-nin qərargahı qar fırtınası səbəbindən 17 dekabrda bağlanacaq. İşçilər və nümayəndə heyətlərinə 18 dekabr, cümə günü iş saatları ilə bağlı əlavə məlumat veriləcək.

Binanın bağlanması səbəbindən BMT Baş Məclisinin Beynəlxalq Cinayət Məhkəməsinin işi ilə bağlı plenar iclası ləğv edilib. Eyni zamanda, BMT Təhlükəsizlik Şurasının əksər iclasları da daxil olmaqla bir çox tədbir hələ də video formatında keçirildiyi üçün qrafikə uyğun olaraq baş tutacaq.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90