Borell: “Serbiya və Kosovo liderləri Brüsseldəki danışıqlarda irəliləyiş əldə etmirlər”

image-borrellbackend

Serbiya prezidenti Aleksandr Vuçiç və tanınmamış Kosovonun baş naziri Albin Kurti Aİ-nin vasitəçiliyi ilə Brüsseldə keçirilən danışıqlarda irəliləyiş əldə etməyiblər.

Busaat.az TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell bildirib.

“Mən Baş nazir Kurti və prezident Vuçiçlə təklifimiz əsasında həll yolları və irəliyə doğru yol tapmağa çalışdım. Çox cəhd etdik, təəssüf ki, bu gün fikir ayrılıqlarını aradan qaldırmaq mümkün olmadı”, – Borrell  deyib.

Bundan əlavə, Borrel qeyd edib ki, Kosovonun şimalında gərginliyin azaldılması istiqamətində heç bir irəliləyiş yoxdur.

19 aprel 2013-cü il tarixli Belqrad və Priştina arasında münasibətlərin normallaşdırılmasına dair Brüssel razılaşmalarına əsasən, Kosovoda tanınmamış respublikada yaşayan serblərin özünüidarəetmə orqanı olan Serb Bələdiyyələri İcması yaradılmalıdır. Vuçiç dəfələrlə bəyan edib ki, ölkəsi Brüssel razılaşmalarının bir hissəsini yerinə yetirib. Kosovalılar isə prosesi dayandırmaq üçün icmanın nizamnamə sənədini hazırlamağa başlayıblar.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki