Serbiyada təhlükəsizlik qüvvələrinin keçirdiyi əməliyyatda 371 qeyri-qanuni miqrant tutulub.
Busaat.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Nazirlikdən bildirilib ki, qeyri-qanuni immiqrasiyaya qarşı mübarizə çərçivəsində Subotiça, Sombor və Kikinda şəhərlərində keçirilən əməliyyatlarda 371 qeyri-qanuni miqrantın tutulub. Onlardan 3 avtomat tüfəng, 2 tapança, 25 pasport və 12 şəxsiyyət vəsiqəsi ələ keçirilib.
Polis rəisinin müavini Draqan Vasilyeviç qeyri-qanuni mühacirlərin çoxunun immiqrasiya mərkəzlərinə aparılacağını və odlu silahların tapıldığı ərazidə araşdırmaların davam etdiyini bildirib.
Vasilyeviç sabahdan etibarən jandarma qruplarının Subotiçada axtarış-əməliyyat tədbirləri həyata keçirəcəyini açıqlayıb.