Borrell: “Livan, İsrail və region yeni müharibəyə tab gətirə bilməz”

image-borrrelbackend

“”Mavi Xətt” boyunca davam edən gərginlik dərhal dayandırılmalıdır”.

Busaat.az “Euronews”a istinadən xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell “X” hesabındakı paylaşımında bildirib.

İsrail və Livan sərhədindəki “Mavi Xətt”də artan gərginliyə toxunan Borrellin sözlərinə görə, “Mavi Xətt” boyunca davam edən gərginliyin dərhal azaldılması üçün məqbul siyasi həll gücləndirilə bilər.

“Aİ Livan Silahlı Qüvvələrinin və Birləşmiş Millətlər Təşkilatının (BMT) Livandakı Müvəqqəti Sülh Qüvvələrinin (UNIFIL) ölkədə sülh və sabitliyin qorunmasında rolunu dəstəkləyir”. – deyə Cozep qeyd edib.

Qeyd edək ki, İsrail ordusu və Hizbullah 8 oktyabr 2023-cü ildən Livanın cənubunda və İsrailin şimalında qarşılıqlı hücumlarını davam etdirir. Bu toqquşmalarda indiyədək 347 Hizbullah üzvü, 63 Livan vətəndaşı, 19 Əməl Hərəkatı, 13 Həmas, 15 İslami Cihad üzvü, 14 İsrail əsgəri və 10 mülki İsrail vətəndaşının həlak olduğu bildirilib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki