Çinin paytaxtı Pekində Ümumdünya Robot Konfransı keçirilir.
Busaat.az xarici mediaya istinadən xəbər verir ki, konfransda 600-ə yaxın robot təqdim olunur ki, onlardan biri də rəssamdır.
O əvvəlcə şəkil, sonra isə təxminən beş dəqiqə ərzində portret çəkir. Konfransda robot itlər də öz bacarıqlarını göstəriblər.
Ev heyvanları əvəzinə təhlükəli missiyalarda robot itlərdən istifadə etməyi düşünənlər də var.
140-dan çox şirkətin qatıldığı Dünya Robot Konfransı avqustun 22-dək texnologiya və robot həvəskarlarını qəbul edəcək.