DİM məlumat yaydıbackend

Abituriyentlər və subbakalavrlar 28 avqust tarixindən başlayaraq ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları (XQTİ) üzrə keçiriləcək qabiliyyət imtahanlarında iştirak üçün bütün komissiyalar üzrə “Qabiliyyət imtahanına buraxılış vərəqə”lərini çap edə bilərlər.

Busaat.az xəbər verir ki, abituriyentin 10,11və12-ci komissiyaların hər hansı biri üzrə rəsm imtahanından aldığı müsbət qiymət digər iki komissiyaların və 15-ci komissiyanın da bu fənn üzrə imtahanına şamil olunur.

Abituriyentin 10 və11-ci komissiyaların hər hansı biri üzrə rəngkarlıq imtahanından aldığı müsbət qiymət digər komissiyanın və 15-ci komissiyanın da bu fənn üzrə imtahanına şamil olunur.

Abituriyentin 14-cü komissiyanın rəsm imtahanından aldığı müsbət qiymət 15-ci komissiyanın da bu fənn üzrə imtahanına şamil olunur.

Musiqi sənəti, teatr, kino və xoreoqrafiya sənəti istiqamətləri üzrə xüsusi qabiliyyət imtahanlarında iştirak edən abituriyentlər buraxılış vərəqələrini çap edərkən ixtisaslarına uyğun proqram formalarını da çap etməlidirlər. Abituriyent ifa edəcəyi proqramı həmin formaya yazmalı və qabiliyyət imtahanına gələrkən komissiyaya təqdim etməlidir.