“Əgər Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə gəlməsəydi,…” -Politoloq

“Əgər Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə gəlməsəydi,…” -Politoloqbackend

“Torpaqlarımızın işğala məruz qalmasının səbəblərindən biri də həmin dövrdə ölkə idarəçiliyində olan hərci-mərclik idi”.

Bu sözləri Azərbaycan Xalq Cəbhəsinin o vaxtkı siyasi fəaliyyətini dəyərləndirən politoloq Yusif Bağırzadə Busaat.az-a açıqlamasında deyib.

Politoloqa görə, həmin dövrdə ölkədə baş verən hadisələrin təhlili onu deməyə əsas verir ki, əgər hakimiyyətdə xaos və siyasi böhran olmasaydı bəlkə də torpaqlarımızın işğal altına düşməsinin qarşısını almaq olardı:

“1992-ci ilin yaz aylarında hakimiyyət uğrunda mübarizə pik həddə çatmışdı. Ölkədə daxili çəkişmələr baş alıb gedirdi və hakimiyyət uğrunda mübarizə çox ciddi fəsadlara gətirib çıxarmışdı. Ermənistan isə öz növbəsində bundan istifadə edərək torpaqlarımızı bir-birinin ardınca zəbt etməyə davam edirdi. Şuşa və Laçının işğal altına düşməsindən sonra vəziyyət ümumiyyətlə kritik hədd aldı. Nəticədə bundan istifadə edən Azərbaycan Xalq Cəbhəsi faktiki olaraq dövlət çevrilişi edərək hakimiyyətə gəldi. Bundan sonra isə cəmiyyəti ümumi düşmənə qarşı səfərbər etmək əvəzinə, bütün səylərini öz laxlamış hakimiyyətini möhkəmləndirmək, repressiyalar həyata keçirmək, senzuranı tətbiq etmək və digər antidemokratik addımlar atmağa yönəltdilər.

Torpaqlarımız işğala məruz qaldığı halda, insanlarımız məcburi köçkünə çevrildiyi bir vaxtda Azərbaycan Xalq Cəbhəsinin rəhbərliyi yalnız öz yaxın adamlarını vəzifələrə təyin etməklə hakimiyyətlərinin ömrünü uzatmaq haqqında düşünürdülər. Kəlbəcərin işğal altına düşməsi də məhz bu cür yarıtmaz fəaliyyətin nəticəsində mümkün oldu.

Həmin hakimiyyətdən başqa nəsə gözləməyə də dəyməzdi. Çünki o hakimiyyətdə təmsil olunanların hər hansı bir idarəçilik bacarığı yox idi. Nəticə etibarilə təsadüfi adamların hakimiyyətə gəlməsinin acı nəticələrini hər birimiz yaşadıq. Əgər Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə gəlməsəydi, Azərbaycan nəinki öz qalan torpaqlarını da itirəcək, ümumiyyətlə, dövlətçilik əldən gedəcəkdi”.

Gülay

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90