
“Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun qəbul edildi

“Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun layihəsinə üçüncü oxunuşda iki dəyişiklik edilib.
Busaat.az xəbər verir ki, bu barədə Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev məlumat verib. O qeyd edib ki, qanunun 1.3 bəndinə 10 və 15 iş günü ifadələri 10 iş günü və 5 iş günü ifadələri əlavə edilib: “O cümlədən, qanunun 1 iyul 2022-ci ildən qüvvəyə minməsi məqsədəuyğun hesab edilib”.
Qeyd edək ki, sözügedən qanun üçüncü oxunuşda səsə qoyularaq qəbul edilib.























