“Azərbaycanda ictimai-siyasi sabitlik, təhlükəsizlik ciddi şəkildə təmin olunur”.
Busaat.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyin Mətbuat Xidməti İdarəsinin rəisi Elşad Hacıyev sentyabrın 20-də Qarabağdakı antiterror tədbirləri ilə bağlı keçirilən brifinqdə deyib.
Onun sözlərinə görə, əraziyə cəlb olunan Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları tərəfindən bütün zəruri tədbirlər görülür: “Ölkə ərazisində ictimai-siyasi sabitlik, təhlükəsizlik ciddi şəkildə təmin olunur. Bu günə olan məlumata görə, hər hansı hüquqazidd, cəmiyyəti narahat edən, çaşqınlıq yaradan siqnal daxil olmayıb. Vətəndaşların mühafizəsi, təhlükəsizliyi tam təmin olunur”.