“NATO Zirvəsində ortaq dəyərlərimizin sınandığı Qəzzada Fələstin xalqına qarşı törədilən qətliamları gündəmə gətirəcəyik”
Busaat.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu sözləri Esenboğa hava limanında keçirilən mətbuat konfransında deyib.
Prezident bildirib ki, Türkiyə tərəfi gözləntilərini qısa zamanda alacaqlar. Proseslərin Xarici İşlər naziri və digər rəsmilər tərəfindən izləndiyini qeyd edən Ərdoğan atəşkəs məsələsinin xüsusi maraq kəsb etdiyini diqqətə çatdırıb.